Mənzillərini zibilliyə çevirənlər 9 min manata qədər CƏRİMƏLƏNƏCƏKbackend

Mənzillərini zibilliyə çevirənlər 9 min manata qədər CƏRİMƏLƏNƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mənzillərində antisanitar şərait yaradan şəxslər cərimələnəcək.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Rusiya Dövlət Duması dağınıq və çirkli evlər qonşulara təhlükə yaratdığı üçün cəzanın 10 dəfə artırılmasını təklif edib.

Mənzillərdə antisanitar şərait yaradan şəxsləri 500 min rubl (təxm. 8 700 man) məbləğində cərimələməyə başlayacaqlar.

Zibil, tarakan və digər dağınıqlıq əlamətləri olan mənzillərin sahibləri sanksiyalara məruz qalacaq.

Layihəyə görə, fiziki şəxslər üçün cərimələr 25 min rubla (təxm. 440 man), hüquqi şəxslər üçün isə 500 min rubla (təxm. 8 700 man) qədər ola bilər.

Xuraman Etibarlı

İnterpress.az