İran rəhbərliyinin cəmi bir neçə günü qalıb.
İnterpress.az xəbər verir ki, bu barədə Almaniyanın Xristian Demokrat İttifaqı (CDU) partiyasının sədri Fridrix Merz məlumat verib.
Almaniyalı siyasətçi İranın mövcud hakimiyyəti ilə bağlı kəskin proqnozla çıxış edib.
Merzin sözlərinə görə, yalnız mütləq zorakılıq və öz əhalisinə qarşı tətbiq edilən terror vasitəsilə hakimiyyətdə qala bilən rejimin sonu yaxınlaşıb.
O qeyd edib ki, İran rəhbərliyinin devrilməsinə sayılı günlər qalıb.
Siyasətçi bu prosesin bir neçə həftə çəkə biləcəyini, lakin rejimin süqutunun qaçılmaz olduğunu vurğulayıb.
Xuraman Etibarlı
İnterpress.az





