Hindistanda Rusiyalı turist sevgilisini qətlə yetirib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Hindistanın Arambol şəhərində 37 yaşlı Aleksey L. və Yelena K. istirahət üçün mənzil kirayələyiblər. Gecə saatlarında kişi sevgilisinin yerli sakinlərdən biri ilə yazışdığından şübhələnib və onu qısqanıb.
Tərəflər arasında yaranan münaqişə zamanı qəzəblənən Aleksey qadına bir neçə bıçaq zərbəsi endirib. Lakin o, bununla kifayətlənməyib. Təcavüzkar qan içində olan qadının əllərini bağlayıb, onu vannaya qoyub və boğazını kəsib.
Səs-küyü eşidən qonşular polis çağırıblar. Aleksey qaçmağa cəhd etməyib və hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
İndi qatili Hindistan qanunlarına əsasən həbs cəzası gözləyir.

Xuraman Etibarlı
İnterpress.az






