Krasnoyarsk vilayətində ayının hücumu nəticəsində kişi ölüb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Krasnoyarsk vilayətinin Yujno-Yeniseyski qəsəbəsində kişi qonşu kəndə getmək üçün meşəlik ərazidən keçərkən ayının hücumuna məruz qalıb. Onu avtomobillə götürməli olan tanışı yolda gözləyib.
Hücum nəticəsində kişi ölüb. Daha sonra ovçular yırtıcı heyvanı zərərsizləşdiriblər.
Xuraman Etibarlı
İnterpress.az






