Məşhur aktyor 18 aylıq HƏBS OLUNACAQbackend

Məşhur aktyor 18 aylıq HƏBS OLUNACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur aktyor Jerar Depardye 18 aylıq həbs oluna bilər.

İnterpress.az xəbər verir ki, bu barədə “Le Figaro” məlumat yayıb. Bildirilir ki, Fransa prokurorları aktyor Jerar Depardye üçün 3 il sınaq müddəti olmaqla 18 aylıq şərti həbs cəzası istəyib.

O, 2021-ci ildə “Yaşıl Panjurlar” filminin çəkilişləri zamanı iki qadına cinsi təcavüz etməkdə ittiham olunur.

Paris məhkəməsində keçirilən iclasda prokuror həmçinin 76 yaşlı aktyorun 20 min avro cərimələnməsini, onun məcburi psixoloji müalicəyə cəlb olunmasını və Depardyenin cinsi xarakterli cinayətlər törətmiş şəxslərin reyestrinə salınmasını istəyib.

Məhkəmənin dördüncü və sonuncu iclası martın 27-də başa çatıb. İclasda müdafiə tərəfi aktyora qarşı irəli sürülən ittihamları rədd edib.

Depardyenin özü etiraf edib ki, çəkiliş meydançasında vulqar sözlər işlədib və bir dəfə təsadüfən ehtimal olunan qurbanlardan birinin belindən yapışıb.

Xuraman Etibarlı

İnterpress.az