Məşhur ekstrasensin qızı atı işgəncə ilə DÖYDÜ – Heyvanın kəlləsi SINDI – FOTObackend

Məşhur ekstrasensin qızı atı işgəncə ilə DÖYDÜ – Heyvanın kəlləsi SINDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur ekstrasensin qızı atı işgəncə ilə döyüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

“Ən güclülərin döyüşü” (“Bitva silneyşix”) layihəsinin məşhur ekstrasensi Olqa Yakuboviçin qızı Yekaterina heyvanlara qarşı xüsusi qəddarlıq nümayiş etdirməkdə ittiham olunur.

Yekaterina Moskva vilayətindəki “Otrada” atçılıq klubunda məşqçi işləyir.

Hadisə dekabrın sonunda baş verib. İdmançı Yelizaveta Pletneva Ramzan ləqəbli atla məşq edərkən heyvan qəfildən onu yəhərdən yıxıb.

Şahidlərin sözlərinə görə, Yelizaveta və Yekaterina bundan sonra atı cəzalandırmaq qərarına gəliblər.

Onlar Ramzanı qapalı manejə aparıb, ayaqlarını bağlayıb və vəhşicəsinə döyüblər. Daha sonra heyvanı dirəyə bağlayıblar.

Panika vəziyyətinə düşən at o qədər bərk çırpınıb ki, kəllə sümüyünü sındırıb və gözünü zədələyib.

Təcili hospitalizasiya sayəsində Ramzanı xilas etmək mümkün olub, hazırda o, reabilitasiya keçir.

Klubun personalı bildirir ki, Yelizaveta və Yekaterina əvvəllər də heyvanlara qarşı qəddarlıq nümayiş etdiriblər. Onların yarışlarda digər atları, həmçinin poniləri və itləri döydüyü iddia edilir.

Baş verənlərdən sonra Yekaterinanın tərəfdaşı, idmançı Mariya Dzyubenko onunla əməkdaşlıqdan imtina edib. Buna baxmayaraq, hər iki şəxs uşaq məşqçisi kimi fəaliyyətlərini davam etdirirlər.

Xuraman Etibarlı

İnterpress.az