Məşhur kolbasa zavodunda VƏRƏM TAPILDI – VİDEObackend

Məşhur kolbasa zavodunda VƏRƏM TAPILDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur kolbasa zavodunda vərəm aşkarlanıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumata görə, Moskvada yerləşən “Çerkizovo” ət kombinatında əməkdaşlardan birində xəstəliyin açıq forması aşkar edildikdən sonra müəssisədə yoxlamalar başlanılıb.

Hazırda bütün personal məcburi şəkildə tibbi analizlərə cəlb olunub. Nəticələrinə görə, bir çoxlarında testin cavabı pozitiv çıxıb.

Qeyd edək ki, sözügedən müəssisə “Çerkizovo” brendi altında kolbasa, sosiska və digər ət delikatesləri istehsal edən Rusiyanın ən böyük zavodlarından biridir.

Xuraman Etibarlı

İnterpress.az