Məşqi uduzan məşqçi mətbuat konfransına çılpaq qatıldı – Fotolarbackend

Məşqi uduzan məşqçi mətbuat konfransına çılpaq qatıldı – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belçikanın “Antverpen” klubunun baş məşqçisi Brian Priske maraqlı addımı ilə gündəmə gəlib.ötən gün Avropa Liqasının pley-off mərhələsinin “Omoniya” (Kipr) ilə cavab oyunundan sonra mətbuat konfransına yarımçılpaq vəziyyətdə çıxıb.

Sən demə, Priske oyundan əvvəl futbolçuları ilə mərcə girib. Deyib ki, onlar “Omoniya”nı keçib Avropa Liqasının qrupuna yüksələ bilməzlər. İlk oyunda Kipr klubu 4:2 hesabı ilə qalib gəlib. Ötən gecə isə görüşün əsas və əlavə vaxtı “Antverpen”in 2:0 hesablı üstünlüyü ilə bitib. Penaltilərdə rəqibini üstələyən (3:2) Belçika təmsilçisi Avropa Liqasının qrupuna yüksəlib.

Beləliklə baş məşqçi Brian Priske mərci uduzub və cəza olaraq mətbuat konfransına hamam dəsmalına bürünərək gəlib.

Məşqi uduzan məşqçi mətbuat konfransına çılpaq qatıldı  - Fotolar
Məşqi uduzan məşqçi mətbuat konfransına çılpaq qatıldı  - Fotolar