Messi yenə qol vura bilmədi, “Real” qələbə qazandı, Turində sülh oldu – VİDEObackend

Messi yenə qol vura bilmədi, “Real” qələbə qazandı, Turində sülh oldu – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropada bir neçə maraqlı matç yekunlaşıb.

İtaliya çempionatında dördüncü turun mərkəz qarşılaşması baş tutub. “Yuventus”la “Milan qarşılaşıb. Hesab 1:1 olub.

İspaniya çempionatının beşinci turunda isə “Real” (Madrid) səfərdə “Valensiya”nın qonağı olub. “Kral” klubu matçın sonuna 5 dəqiqə qalmış iki qol vuraraq əzmkarcasına qələbə qazanıb – 1:2.

Messili PSJ isə Fransa çempionatının altıncı turunda “Lion”la qarşılaşıb. Messi qol vurmasa da, komandası qələbə qazanıb – 2:1.

Oyunun diqqət çəkən məqamı isə PSJ-nin baş məşqçisi Poçettinonun matçın 76-cı dəqiqəsində Messini əvəzləməsi olub. Bu addım futbolçunun qəzəbinə səbəb olub.