“Mətanət İsgəndərlinin oğlu təzə istədiyi qızla istirahət edir, Mətanət də Türkiyədə qızının yanında olur. Mənim uşağım isə qulluqçunun yanında qalır. Övladı anadan ayırmaq günahdır. Hamı deyir ki, bunu edən insan qansızdır”.
Bu sözləri Əməkdar artist Mətanət İsgəndərlinin gəlini Canana Lent.az-a açıqlamasında deyib. O, açıqlamasında bir çox məqamlardan söz açıb:
“Hər dəfə məhkəməmiz uzanır. Nə səbəbə uzandığını bilmirəm. Haqq-ədalətin olacağına ümid edirəm. Biz elə ölkədə yaşayırıq ki, haqq-ədalət öz yerini tapacaq. Təsəlli olaraq özümü necə sakitləşdirəcəyimi bilmirəm. Bir ana olaraq mənə çox təsir eləyir. Əgər qanun varsa, övladlarım nəyə görə məndən ayrı qalmalıdır ki? Birinin 7, birinin 5, o birinin də 1 yaşı var. Onlara pis ana olmamışam. Hər zaman övladlarım üçün yaşamışam. Xalqımıza layiqli övlad yetişdirməyi düşünmüşəm. Mən başa düşə bilmirəm ki, Mətanət İsgəndərli özü bu həyatı yaşayıb, mənə də bu həyatı arzulayır. Çünki ayrılmadan öncə evdə söz-söhbətlər olanda mənə dedi ki, sənə mənim həyatımı yaşamağı arzu edirəm. Bu söz mənə çox təsir etdi. Övladlarına yaşatdığı zülmü mənim də övladlarıma çəkdirir. Mən heç zaman onlardan nəsə ummamışam. Heç vaxt deməmişəm ki, məni evinizə qeydiyyata alın. Hələ də ata evimdə qeydiyyatdayam. Onlar deyə bilməz ki, onlardan nəsə istəmişəm. Yalnız övladım üçün yaşayıram. Onlarla söz-söhbətim övladıma görə olub. Dedim ki, uşağa yaxşı müəllim tutaq.