Rusiyanın cənubu meyvə və kartof məhsulunun 40%-i şiddətli şaxtalar nəticəsində məhv olub.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Rusiya Federasiyasının cənub bölgələrində şaxtalar şaftalı, albalı və ərik məhsulunun demək olar ki, yarısını məhv edib.
Bundan əlavə, alma və armud ağaclarına, həmçinin şəkər çuğunduru əkinlərinin 12%-nə ziyan dəyib. Temperaturun dəyişməsi kartofa da mənfi təsir edib.
Bu, meyvə-tərəvəz məhsullarının qiymətinin kəskin artmasına səbəb ola bilər. Mütəxəssislər deyirlər ki, hava şəraiti meyvə məhsulunun 40%-ni məhv edib.
Xuraman Etibarlı
İnterpress.az