Krakovda məzun görüşündə sərxoş kişi pilləkənlərdən yıxılaraq həyatını itirib.
İnterpress.az xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb.
Hadisə Polşanın Krakov şəhərində baş verib. Məzunların illər sonra keçirilən görüşü zamanı bədbəxt hadisə yaşanıb.
Məclisdə iştirak edən kişilərdən biri spirtli içkini artıq qəbul edərək sərxoş olub. Həmin şəxs müvazinətini itirərək ikinci mərtəbədən pilləkənlərə yıxılıb.
Nəticədə onurğa sütunu sınan kişi aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.
Xuraman Etibarlı
İnterpress.az






