Qarabağdakı özünü ləğv etmiş separatçı qurumun terrorçu dəstəsinin keçmiş “komandiri” Mikael Arzumanyan Vardaşen cəzaçəkmə müəssisəsinə köçürülüb.
İnterpress.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti mənbələrinə istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, Arzumanyana qarşı cinayət işi məhkəmədədir və şahidlərin dindirilməsi bağlı qapılar arxasında davam edir.
Nəşr qeyd edir ki, üç il davam edən məhkəmə prosesində 20 şahid dindirilib.
“Korrupsiyaya Qarşı Mübarizə Komitəsi yalnız keçmiş “prezident” Arayik Arutyunyanı əvvəllər təsdiqlənmiş şahid kimi dindirməyəcək, çünki o, Bakı həbsxanasındadır”, – qəzet yazıb.
Arzumanyan 2022-ci il sentyabrın 1-də həbs edilib. O, 2020-ci ildə 44 günlük müharibə zamanı iki döyüşdə ittiham olunub.
İstintaq müəyyən edib ki, söhbət “Şuşanın tərk edilməsi, eləcə də şimal-şərq istiqamətində “Areq” yüksəkliyinin itirilməsi” ilə bağlı epizodlardan gedir.
Arzumanyan 2020-ci il oktyabrın 27-dən 2021-ci il sentyabrın 11-dək qondarma qurumun “müdafiə naziri” olub.
Xuraman Etibarlı
İnterpress.az