Mikayıl Cabbarov: “Nəqliyyat dəhlizlərinin imkanlarından faydalanmalıyıq” – YENİLƏNİB + FOTObackend

Mikayıl Cabbarov: “Nəqliyyat dəhlizlərinin imkanlarından faydalanmalıyıq” – YENİLƏNİB + FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi iqtisadiyyatlarımızın inkişafına töhfə verəcək.

Bu sözləri Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Türk Şurası iqtisadiyyat nazirlərinin 10-cu iclası ilə bağlı “Facebook” hesabındakı paylaşımında qeyd edib.

O bildirib ki, Türk Şurasına üzv dövlətlər arasında ticarət əlaqələrinin genişləndirilməsi, qarşılıqlı investisiya imkanlarının artırılması üçün bütün imkanlarımızdan istifadə etməliyik:

“Ölkələrimizin tarixi və mədəni yaxınlığından, beynəlxalq və regional nəqliyyat dəhlizlərinin imkanlarından faydalanmalıyıq”.

10:00

Türk Şurasının iqtisadiyyat nazirlərinin 10-cu iclası bu dəfə Bakıda keçirilir., bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Facebook” hesabında yazıb.

Onun sözlərinə görə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası regional əlaqələrin inkişafı baxımından perspektivli əməkdaşlıq müstəvisidir:

“Həmkarlarımla ölkələrimizin dayanıqlı iqtisadi inkişafı ilə bağlı məsələləri müzakirə edəcəyik”.