Milli Məclisdə təklif: “Zəngəzur günü” təsis edilsinbackend

Milli Məclisdə təklif: “Zəngəzur günü” təsis edilsin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin iclasında deputat Aydın Mirzəzadə 7 iyul tarixi ilə bağlı təklif verib. A.Mirzəzadə qeyd edib ki, Azərbaycanda 7 iyul “Zəngəzur günü” kimi elan olunsun.

“1923-cü ilin iyulun 7-də Azərbaycanda Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı. 2021-ci ilin iyulun 7-də isə Prezident İlham Əliyevin fərmanı ilə Azərbaycanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradıldı. Bu, tarixi ədalətin bərpası idi”, – deyə A.Mirzəzadə əlavə edib.