Milli Qəhrəman Hökumə Əliyevanın atasının müraciəti əsasında kibercinayətkarlıq faktına görə cinayət işi başlanılıbbackend

Milli Qəhrəman Hökumə Əliyevanın atasının müraciəti əsasında kibercinayətkarlıq faktına görə cinayət işi başlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Əliyevin müraciəti əsasında Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində fakta görə cinayət işi başlanılıb.

Bu barədə İnterpress.az-a DİN Mətbuat Xidmətindən bildirilib.

Bildirilib ki, Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Əliyevin müraciəti əsasında Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində fakta görə cinayət işi başlanılıb, araşdırma aparılır.

Qeyd edək ki, mərhumənin atası mətbuata açıqlamasında kartından 80 min 507 manat pul çəkildiyini bildirib. Cəlil Əliyevin sözlərinə görə, pulu oğurlayan şəxslər onu “Kapital Bank”ın əməkdaşı olduğunu deyərək aldadıb.

“Kapital Bank”dan isə bildirilib ki, məsələ ilə bağlı araşdırma başlanılıb: “Hazırda lazımi tədbirlər görülür. Ən qısa zamanda nəticələrlə bağlı məlumat veriləcək”.