Milyonlarla izləyicisi olan bloger HƏBS EDİLDİ – FOTO/VİDEObackend

Milyonlarla izləyicisi olan bloger HƏBS EDİLDİ – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milyonlarla izləyicisi olan bloger Əhməd Venqalbi yol polisi əməkdaşlarına rüşvət verdiyinə görə həbs edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Məşhur dağıstanlı avtobloqer WENGALLBI (sosial şəbəkələrdə 7 milyona yaxın izləyicisi var) bu gün axşam saatlarında Moskvada “Priora” markalı avtomobili idarə edərkən saxlanılıb.

İlkin məlumata görə, o, yol polisi əməkdaşlarına 100 min rubl rüşvət verməyə cəhd edib.

KİV xəbər verir ki, blogerin özü həbs olunan zaman sərxoş olub və sürücülük vəsiqəsi olmadan avtomobil idarə edib.

Dağıstanlının şöbədə şübhəli davranışı və əlində iynə izləri olması ilə bağlı cinayət işi açılıb, tibbi ekspertiza təyin edilib.

Ümumilikdə youtuber Əhməd Əliashabovu 8 ilə qədər həbs gözləyir.

Xuraman Etibarlı

İnterpress.az