Minaya düşən şəxs: “Qardaşımı itirdim, özüm isə şikəst qaldım”backend

Minaya düşən şəxs: “Qardaşımı itirdim, özüm isə şikəst qaldım”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

“Hamıdan azad olunmuş torpaqlara icazəsiz getməməyi xahiş edirəm, orada mina təhlükəsi olduğunu yaddan çıxarmayın”.

Bu sözləri ADA Universitetində Beynəlxalq Mina Anlayışı və Mina Fəaliyyətlərinə Dəstək Gününə həsr olunmuş konfransda Ermənistan hərbçilərinin basdıqrdıqları minaya düşərək ağır xəsarətlər almış Füzuli rayonu Alxanlı kəndinin sakini Asif Məmmədov bildirib.

“Düşmən kəşfiyyəti bizim torpaqlara sızaraq hər yerdə mina basdırıb. Noyabrın 14-də qardaşımı itirdim, özüm də şikəst qaldım. Hər kəsdən o torpaqlara getməməyi, təhlükəli olduğunu yaddan çıxarmamağı xahiş edirəm. Oralar minalanıb” – zərərçəkən deyib.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsi vaxtı işğal etdikləri torpaqlardan geri şəkilməyə məcbur olan Ermənistan ordusu həmin ərazilərdə çoxlu sayda mina basdırıb. Bununla da düşmən Azərbaycan əhalisi arasında daha çox itkilərə nail olmaq, həmçinin mülki əhalinin doğma yurd-yuvalarına qayıdışını mümkün qədər yubatmaq istəyib.

 

 

İnterpress.az