Mingəçevir su anbarında zəlzələ olub.
İnterpress.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Mingəçevir stansiyasından 46 km şimal-şərqdə, Samux rayonunda (Mingəçevir su anbarı) yeraltı təkan qeydə alınıb.
Zəlzələ episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.