Mingəcevirdə 37 yaşlı qadın özünü Kürə atmaq istədibackend

Mingəcevirdə 37 yaşlı qadın özünü Kürə atmaq istədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mingəçevirdə intihara cəhd olub.

Lent.az-ın məlumatına görə, hadisə oktyabrın 28-də Mingəçevir şəhəri ərazisində qeydə alınıb. Məlumata əsasən, 37 yaşlı qadın Kür çayının üzərindəki körpüdən özünü suya ataraq intihar etmək istəyib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, qadını polis əməkdaşları xilas edib:

Sığınacağa yerləşdirilən azyaşlının nənəsi Rusiyada TAPILDI – RƏSMİ
Azərbaycanda distant təhsilə keçən siniflərin sayı AÇIQLANDI
Bakı məktəblərində 114 siniflə bağlı QƏRAR
Keçid
Optimalda Sərfəlidir!
“Oktyabrın 28-də Mingəçevir şəhər sakini olan qadın özünü Kür çayına atmaq istəyərkən ərazidə xidmət aparan şəhər Polis Şöbəsi və mühafizə polisinin əməkdaşları onunla psixoloji söhbətlər apararaq bu cəhdinin qarşısını alıblar.

Məsələ ilə bağlı Mingəçevir şəhər Polis Şöbəsində aparılmış ilkin araşdırmadan sonra toplanmış materiallar şəhər prokurorluğuna göndəriləcək”.