Miqrantlar barədə “xəbərçilik” edən ruslar mükafatlandırılacaq.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Dövlət Duması miqrantlar tərəfindən qanun pozuntuları barədə məlumat verən rusiyalıların mükafatlandırılmasını təklif edib.
Vətəndaşlara “sayıqlığa görə ödəniş”in tətbiqi təklif edilir. İdeyaya görə, onlar müəyyən edilmiş və təsdiqlənmiş hər bir qeyri-qanuni immiqrant üçün pul mükafatı ala biləcəklər.
Təşəbbüslə müraciət Dövlət Dumasının deputatları tərəfindən artıq Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinə göndərilib.
Xuraman Etibarlı
İnterpress.az