Miras DAVASI: Kişi qohumlarını öldürmək üçün KİLLER TUTDU – VİDEObackend

Miras DAVASI: Kişi qohumlarını öldürmək üçün KİLLER TUTDU – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Anapada kişi qohumlarını öldürmək üçün killer tutub.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Rusiyanın Anapa şəhərində miras uğrunda qan donduran hadisənin qarşısı alınıb. Yerli sakin mirasa iddia edən iki qohumunu – əmisi oğlunu və onun həyat yoldaşını öldürmək üçün muzdlu qatil (killer) tutub.

Məlumata görə, kişi qohumlarının həyatını 1,5 milyon rubl (təxminən 33 400 manat) dəyərində qiymətləndirib.

Sifarişçinin əsas tələblərindən biri o olub ki, qətl hadisəsi adi cinayət deyil, quldurluq hücumu kimi səhnələşdirilsin.

Lakin cinayətin təşkilatçısı planını sona çatdıra bilməyib. O, sifarişin yerinə yetirildiyini sübut edən saxta fotoları aldıqdan dərhal sonra hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

 

Xuraman Etibarlı

İnterpress.az