Misirdə köpəkbalığı qadına hücum edibbackend

Misirdə köpəkbalığı qadına hücum edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Misirin Sinay yarımadasının cənubunda yerləşən Deheb şəhərində qadına köpək balığı hücum edib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir .

Misirin Ətraf Mühit Naziri Yasemin Fuad verdiyi yazılı açıqlamada misirli qadının köpək balığının hücumuna məruz qaldığını və hadisədən sonra çimərliyin bağlandığını bildirib. Fuad qeyd edib ki, “vəziyyəti qiymətləndirmək, köpək balığının hücumunun səbəblərini müəyyənləşdirmək və sahildə köpək balığını axtarmaq üçün təcili komissiya yaradılıb”. Açıqlamada hücuma məruz qalan qadının vəziyyətinin “stabil” olduğu bildirilsə də, Misir mətbuatı qurbanın “qolunu itirdiyini” yazıb. İyunun 8-də Misirin Qırmızı dəniz sahilindəki Hurqada şəhəri sahillərində rusiyalı turist köpəkbalığının hücumuna məruz qalaraq dünyasını dəyişib.