MİT ƏMƏLİYYAT KEÇİRDİ: Xüsusi təyinatlı qatil ÖLDÜRÜLDÜ – FOTObackend

MİT ƏMƏLİYYAT KEÇİRDİ: Xüsusi təyinatlı qatil ÖLDÜRÜLDÜ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə kəşfiyyatı xüsusi təyinatlı qatili zərərsizləşdirib.

İnterpress.az xəbər verir ki, Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın Hakurk bölgəsində PKK/KSK xüsusi təyinatlı Murat Keleşin (kod adı “Berhudan Harun”) məhv edilməsi üçün uğurlu əməliyyat keçirib.

Keleş 2016-cı il aprelin 5-də Şırnak və Silopidə təhlükəsizlik qüvvələrinin zirehli maşınına qumbaraatanla atəş açan və xüsusi təyinatlılar zabiti Yaşar Yavaşın ölümü ilə nəticələnən hücumun səbəbkarlarından biri olub.

MİT-in məlumatına görə, terrorçu axtarışda olan şəxslərin prioritet siyahısında olub.

Kəşfiyyat müəyyən edib ki, o, böyük şəhərlərdə terror aktları törətmək üçün Türkiyənin qərb əyalətlərinə partlayıcı maddələrin verilməsini koordinasiya edib.

Keleş aşkarlanmamaq üçün uzun müddət Hakurk çölündə gizlənib.

“Keleşin terror fəaliyyəti 2005-ci ildə başlayıb. 2010-cu ildə təşkilatın döyüş hissələrinə qoşularaq Van, Şırnak və Mardin vilayətlərində fəaliyyət göstərib”, – MİT-dən bildiriblər.

2016-cı il hücumlarından sonra Keleş Suriyaya qaçıb və orada terror təşkilatında rəhbər vəzifə tutub.

Orada olarkən Türkiyə şəhərlərinə hücumlar planlaşdırmağa davam edib, xüsusən də İzmir və Aydında hazırlıq işləri aparıb.

Xuraman Etibarlı

İnterpress.az