MKİ “Apple” və “Nvidia” kimi nəhəngləri Çinin 2027-ci ilə qədər Tayvanı işğal edə biləcəyi barədə xəbərdar edib.
İnterpress.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri məlumat yayıb.
ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) 2023-cü ildə “Apple”, “Nvidia” və “AMD” kimi texnologiya nəhənglərinə məxfi xəbərdarlıq göndərib.
Kəşfiyyatın məlumatına görə, Çin 2027-ci ilə qədər Tayvana hərbi müdaxilə edə bilər.
Qeyd olunur ki, dünyadakı yüksək keyfiyyətli mikrosxemlərin (çiplərin) 97%-i məhz Tayvanda istehsal olunur. Əgər bu ada blokadaya alınarsa və ya onun istehsal gücləri məhv edilərsə, bu, qlobal iqtisadiyyat üçün “iqtisadi apokalipsis”lə nəticələnəcək.
Məlumata görə, bu xəbərdarlıq həm milli təhlükəsizlik təhdidləri ilə bağlı edilib, həm də Silikon vadisi şirkətlərini mikrosxem istehsalını Tayvandan kənara çıxarmağa məcbur etmək məqsədi daşıyıb.
Xuraman Etibarlı
İnterpress.az






