Mobil Məmmədov : Özbəkistan və digər qardaş dövlətlər də Şuşada konsulluq açacaqlarbackend

   

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şuşa Bəyannaməsi türk dünyası üçün böyük uğurdur

“Azərbaycanla Türkiyə arasında yüksək səviyyəli strateji münasibətlər uzun illər ərzində formalaşıb. Xüsusən, ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsindən sonra Azərbaycanla Türkiyə arasında böyük sazişlər imzalandı. Cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət nəticəsində Azərbaycan-Türkiyə münasibətləri növbəti mərhələyə daxil oldu.”

Bu sözləri İnterpress.az-a açıqlamasında Dünya azərbaycanlıları əlaqələndirmə şurasının üzvü, Özbəkistanda Azərbaycan diasporunun fəxri sədri Mobil Məmmədov deyib.

M.Məmmədov bildirib ki, Azərbaycanla Türkiyə arasında münasibətlərin bu qədər inkişaf etməsi təkcə iki dövlət arasındakı tarixi-mənəvi bağlarla əlaqəli deyil, eyni zamanda, iki ölkə rəhbəri cənab İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasındakı şəxsi dostluq əlaqələri ilə də bağlıdır: “İşğaldan azad olunan Şuşa şəhərinə  rəsmi səviyyədə səfər edən ilk xarici dövlət rəhbərinin Rəcəb Təyyib Ərdoğan olmasının həm Azərbaycan, həm də Türkiyə üçün böyük mənəvi əhəmiyyəti var. Çünki Qarabağın, eləcə də, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın işğaldan azad olunmasını Türkiyə cəmiyyəti də böyük həyəcanla gözləyirdi. Bu baxımdan deyə bilərəm ki, Şuşa Azərbaycana olduğu qədər Türkiyə üçün də böyük mənəvi əhəmiyyəti olan şəhərdir”.

Mobil Məmmədov qeyd edib ki, Şuşa türk dünyası üçün böyük mədəni mirasa sahibdir və gələcəkdə Şuşada türk dünyasını əlaqələndirən siyasi-iqtisadi tədbirlərlə yanaşı, mədəni tədbirlərin də keçiriləcəyinin anonsu verilib: “Bu baxımdan Türkiyənin Şuşa şəhərində Baş konsolluq açmaq qərarı böyük əhəmiyyət kəsb edir. Ümüdvaram ki, Türk şurasının üzvü olan Özbəkistan və digər qardaş dövlətlər də tezliklə Şuşada konsulluq açacaqlar. Şuşada Şuşada imzalanan Şuşa Bəyannaməsi 20-ci əsrin əvvələrində imzalanmış Qars müqaviləsinin yeni və daha inkişaf etmiş, təkmil formasıdır.