Moldova Prezidenti: “Rusiya rəhbərliyi ilə bütün səviyyələrdə əlaqələr dayandırılıb”backend

Moldova Prezidenti: “Rusiya rəhbərliyi ilə bütün səviyyələrdə əlaqələr dayandırılıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya rəhbərliyi ilə bütün səviyyələrdə əlaqələr dayandırılıb”.

“Report” xəbər verir ki, bunu Moldova Prezidenti Maya Sandu “Moldova 1” telekanalının efirində bildirib.

Moldova dövlət başçısı qeyd edib ki, onun seçki kampaniyası zamanı ölkənin hakim “Hərəkət və Həmrəylik” partiyası Rusiya ilə münasibətlərin inkişafına dəstək vermişdi: “Lakin Ukraynadakı münaqişə səbəbindən Moldovanın mövqeyi dəyişib”.

O, Moldova üçün xarici siyasətdə prioritet məsələsinin Avropaya inteqrasiya olduğunu vurğulayıb: “Hökumətin planlarının nə olduğunu bilmirəm. Amma hesab edirəm ki, Moldova 2030-cu ilə qədər Avropa İttifaqına üzv olmalıdır”.