Moldova sərhədində QALMAQAL: Məşhur idmançı ölkəyə BURAXILMADI – VİDEObackend

Moldova sərhədində QALMAQAL: Məşhur idmançı ölkəyə BURAXILMADI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ceff Monson “Z” döyməsinə görə Moldovaya buraxılmayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Tanınmış döyüşçünün İon Şoltoyanu ilə qarşılaşması ləğv edilib, o, sərhəddən geri qaytarılıb.

Məlumata əsasən, MMA veteranı Ceff Monson Kişinyova buraxılmayıb. Buna səbəb idmançının boynundakı “Z” döyməsi və Rusiyaya açıq dəstək verməsi olub.

Nəticədə onun moldovalı rəqibi İon Şoltoyanu ilə keçirilməsi planlaşdırılan döyüşü ləğv edilib.

Bildirilir ki, sərhəddə Monsona ölkəyə daxil ola bilməsi üçün şərtlər təklif edilib: o, boynundakı döyməni örtməli və Rusiya haqqında bəyanatlar verməkdən çəkinməli idi. Lakin idmançı bu təklifdən imtina edib.

Qeyd edək ki, Monson Rusiya vətəndaşlığı alıb və iki il əvvəl ABŞ pasportundan imtina edib.

Xuraman Etibarlı

İnterpress.az