Molla rejimi  repressiyalara başladıbackend

Molla rejimi repressiyalara başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Molla rejimi repressiyalara başlayıb.

İnterpress.az xəbər verir ki, İranda etiraz aksiyalarının genişlənməsi radikal din xadimlərinin nümayişçilərə qarşı əməliyyatlara cəlb olunmasına səbəb olub.

Xalq nümayişlərinin davam etməsi və ölkənin əksər bölgələrində mollalara qarşı nifrətin çoxalması ilə eyni vaxtda din xadimləri kimi qələmə verilən axundlar silahlı qüvvələrlə birlikdə nümayişləri dağıtmaq işində fəal iştirak etməyə başlayıblar.

Xüsusilə son vaxtlar ictimai yerlərdə axundların əmmamələrinin başlarından götürülməsi və onların vətəndaşlar tərəfindən döyülmə hallarının artması ilə eymi vaxta təsadüf edir.

Mollaların etirazçılara qarşı sərt tədbirlərin həyata keçirilməsinə çağırış etmələrindən sonra gənc axundlardan repressiyalarda istifadə halları çoxalıb.