Moskva öz məqsədlərinə “diplomatik vasitələrlə” nail olmağa üstünlük verir.
İnterpress.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp və Vladimir Putin arasında planlaşdırılan telefon danışığından bir müddət əvvəl Kremlin mətbuat katibi Dmitri Peskov açıqlama verib.
“Məqsədlərimizə siyasi və diplomatik yollarla nail olmaq, əlbəttə ki, daha məqsədəuyğundur”, – Peskov deyib.
O, həmçinin müharibənin başlanmasını onunla əsaslandırıb ki, Kremlin əleyhdarları 2021-ci ildə münaqişənin sülh yolu ilə həlli imkanını əngəlləyiblər:
“Siyasi-diplomatik yolda artıq manevr qalmayanda xüsusi hərbi əməliyyat başlayır”, – Kremlin sözçüsü qeyd edib.
Peskov həmçinin Trampla Putin arasında danışığı vacib söhbət adlandırıb.
Xuraman Etibarlı
İnterpress.az