Moskvada 21 yaşlı model fotoqraf tərəfindən zorlandığını iddia edibbackend

Moskvada 21 yaşlı model fotoqraf tərəfindən zorlandığını iddia edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın paytaxtı Moskvada 21 yaşlı model fotoqraf tərəfindən cinsi təcavüzə məruz qaldığını bildirib.

Qızın söylədiyinə görə, internetdə model axtarışında olan bir fotoqraf ona reklam işləri ilə əlaqədar sərfəli əməkdaşlıq təklif edib.

Tərəflər razılaşıb və Moskva şəhərində yerləşən restoranların birində görüşərək iş müzakirəsi aparmaq qərarına gəliblər.

Fotoqraf və şikayət edən qadın arasında görüş baş tutub. Onlar şam yeməyi yeyəndən sonra restoranda çəkilişlərə başlayıblar.

Fotosessiya bitdikdən sonra fotoqraf taksi çağırıb və onlar birlikdə restoranı tərk ediblər.

Modelin sözlərinə görə, o, taksiyə əyləşdikdən sonra baş verənləri xatırlamır.

Yalnız səhər saatlarında gözünü açıb fotoqraf evində olduğunu başa düşüb. Model fəaliyyəti ilə məşğul olan qadın hadisə ilə əlaqədar polisə şikayət edib.

Hazırda hüquq-mühafizə orqanları hadisənin təfərrüatını araşdırır.

Mənbə: REN TV