Mövlud Çavuşoğlu: “İki vətəndaşımız həyatlarını təhlükəyə ataraq Vyanada terroristlərə müdaxilə edib”backend

Mövlud Çavuşoğlu: “İki vətəndaşımız həyatlarını təhlükəyə ataraq Vyanada terroristlərə müdaxilə edib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Avstriyada baş verən terroru qınayıb.

Bu barədə açıqlama verən türkiyəli nazir bildirib ki, terror hücumlarından əziyyət çəkmiş bir ölkə və millət olaraq hər cür terrorizmə qarşıyıq.

“Bir daha bu terror hücumunu qınayırıq. İki vətəndaşımız Rəcəb Tayyib Gültəkin və Mikayıl Özen, həyatlarını təhlükəyə ataraq dünən axşam terrorçulara müdaxilə edib və terror hücumunda zərərçəkənlərə kömək ediblər. Onlardan biri qardaşımız Rəcəb Tayyib ayağından yaralanıb. Bu səhər onlarla telefonla danışdıq. Dediyi kimi, iki qardaşımız müsəlmanın və türkün etməli olduqlarını ediblər. Bu səbəbdən həm Avstriya, həm də Avropada və dünyada yaşayan türklər eyni hissə sahibdirlər və inteqrasiya baxımından hər kəsə nümunə olublar”, – deyə o qeyd edib.

Xatırladaq ki, Avstriyanın Vyana şəhərində baş verən terror hücumu nəticəsində beş nəfər ölüb, 18 nəfər yaralanıb.

 

İnterpress.az