MŞ reket jurnalistləri araşdırır – VİDEObackend

MŞ reket jurnalistləri araşdırır – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Şurada yaradılan komissiyaya indiyədək 17 min şikayət daxil olub

Reket jurnalistikası həmişə mövcud olub amma həssas dönəmlərdə və həssas mövzularda cinayətin bu forması daha da vüsət alır. Hansısa mətbu orqanın vəsiqəsi ilə dələduzluq və şəxsi mənafedən istifadə indi də şəhid mövzusuna toxunub. Əslində hamımıza toxunur. Çünki bu şəhid mövzusudur. Məlum problem Mətubat Şurasının da diqqətindədir. Şuranın sədri Əflatun Amaşov bununla bağlı ciddi tədbirlər görüləcəyini deyir.

Mətubat Şurasının sədri onu da qeyd etdi ki, şurada yaradılan komisiyya ayrı-ayrı vətəndaşlardan 17 minə yaxın şikayət daxil olub.

Əflatun Amaşov onu da qeyd etdi ki, Şura sifarişli və qərəzli media ilə mübarizəni daha da gücləndirəcək. Həmin şəxslər həm də hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən də ciddi şəkildə cəzalandırılacaqlar.