Mübahisəli mənzildə GƏRGİNLİK – Müğənni mənzili BOŞALTMIRbackend

Mübahisəli mənzildə GƏRGİNLİK – Müğənni mənzili BOŞALTMIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Larisa Dolina mənzili boşaltmaqdan imtina edib.

İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi alıcı Polina Luryenin vəkili Anastasiya Sviridenkoya istinadən məlumat verib. Müğənni alıcının xahişini rədd edib, yanvarın 5-dən tez çıxmayacağını bildirib.

Məlumata görə, rusiyalı müğənni Larisa Dolina mübahisəli mənzili dekabrın 30-dək boşaltmaq barədə alıcının xahişini geri çevirib.

Vəkilin sözlərinə görə, Larisa Dolina bəyan edib ki, o və ailəsi mənzildən ən tezi yanvarın 5-də köçəcəklər.

Beləliklə, müğənni məhkəmə qərarına və alıcının tələbinə baxmayaraq, bayram günlərini həmin evdə keçirmək niyyətindədir.

Xuraman Etibarlı

İnterpress.az