Müəllimlərin işi YÜNGÜLLƏŞDİ: Ev tapşırıqlarını artıq süni intellekt YOXLAYIR – VİDEObackend

Müəllimlərin işi YÜNGÜLLƏŞDİ: Ev tapşırıqlarını artıq süni intellekt YOXLAYIR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin məktəblərində ev tapşırıqlarını artıq süni intellekt yoxlayır.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Çinin bir sıra məktəblərində süni intellekt texnologiyası tədris prosesinə inteqrasiya olunub.

Artıq xüsusi proqram təminatı şagirdlərin dəftərlərini skan edir, onlara qiymət verir və buraxılan səhvlərə dair şərhlər qeyd edir.

Müəllimlər üçün bu yenilik əsl vaxt qənaəti hesab olunur.

Belə ki, onlar rutin və yorucu dəftər yoxlama işləri əvəzinə, diqqətlərini şagirdlərin biliklərindəki konkret boşluqlara yönəldə və onlara fərdi, hədəfəyönlü köməklik göstərə bilirlər.

Bu sistem təhsildə səmərəliliyi artırmaqla yanaşı, müəllimlərin üzərinə düşən iş yükünü də əhəmiyyətli dərəcədə azaldır.

Xuraman Etibarlı

İnterpress.az