Müğənni Şarlotta 5,5 il müddətinə azadlıqdan məhrum edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, müğənni Eduard Şarlotta 5,5 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını koloniya-yaşayış tipli məntəqədə çəkəcək.
Müğənni nasizmi reabilitasiya etməkdə, dindarların hisslərini təhqir etməkdə və nifrət yaratmaqda ittiham olunurdu.
O, 2023-cü ildə Pulkovo hava limanında saxlanılıb.
Xuraman Etibarlı
İnterpress.az