Müharibə yaxın vaxtlarda BİTMƏYƏCƏK – Ukraynalı deputatdan BƏDBİN PROQNOZ – VİDEObackend

Müharibə yaxın vaxtlarda BİTMƏYƏCƏK – Ukraynalı deputatdan BƏDBİN PROQNOZ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynalı deputatın sözlərinə görə, müharibə tezliklə bitməyəcək.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Ukrayna Ali Radasının deputatı Roman Kostenko müharibənin gedişatı ilə bağlı proqnozlarını bölüşüb. O bildirib ki, yaxın gələcəkdə müharibənin sona çatması gözlənilmir.

Deputatın sözlərinə görə, rəsmi Moskva Qərbin, xüsusilə də ABŞ Prezidenti Donald Trampın diqqətini cəlb etmək və sanksiyaların daha da sərtləşməsindən yayınmaq üçün atəşkəsə hazırmış kimi görüntü yarada bilər. Lakin bu, sadəcə bir imitasiyadır.

Kostenko həmçinin Rusiyanın hətta enerji obyektlərinə hücumların dayandırılmasını nəzərdə tutan “enerji atəşkəsi”nə razılaşacağına şübhə ilə yanaşır.

O qeyd edib ki, Kreml hərbi əməliyyatları dayandırmaq üçün özü üçün heç bir real stimul görmür.

Xuraman Etibarlı

İnterpress.az