Münhen Təhlükəsizlik Konfransı İran nümayəndələrinin iştirakını ləğv edib.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Fevralın 13-15-də keçiriləcək Münxen Təhlükəsizlik Konfransının təşkilatçıları İran nümayəndələrinin tədbirdə iştirakı ilə bağlı qərarı dəyişiblər.
Belə ki, İranın xarici işlər naziri Abbas Əraqçı və onun müavininə göndərilən dəvət geri çağırılıb.
Daha əvvəl İran tərəfinin konfransda iştirak etməyə razılıq verdiyi bildirilirdi. Lakin bu gün təşkilatçılar rəsmi olaraq bəyan ediblər ki, həmin dəvətlər artıq qüvvədən düşüb.
Konfransın nümayəndəsi məsələyə belə aydınlıq gətirib:
“Bir neçə həftə əvvəl İran hökumətinin ayrı-ayrı nümayəndələrinə dəvətnamələr göndərilmişdi. Lakin cərəyan edən hadisələr fonunda konfrans artıq bu dəvətləri dəstəkləmir”.
Xuraman Etibarlı
İnterpress.az






