Muradovun gəlişi və ermənilərin növbəti təxribatı… – Kəlbəcərdə nə baş verir?backend

Muradovun gəlişi və ermənilərin növbəti təxribatı… – Kəlbəcərdə nə baş verir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 9-u Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu Yellicə yaşayış məntəqəsində yol çəkən mühəndis texnikalarını atıcı silahlardan atəşə tutub.

Bölmələrimiz tərəfindən dərhal adekvat cavab tədbirləri görülüb. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Maraqlıdır ki, bu hadisə Rusiya sülhməramlılarının keşmiş komandanı Muradov isə Qarabağa gəldiyi vaxtda baş verib.

Məsələ ilə bağlı Bakupost.az-a politoloq Qabil Hüseynli bildirib ki, Muradovun başqa bir niyyəti yoxdur, sadəcə bölgədə Rusiya sülhməramlılarının yerləşdirilməsinin bir illiyini qeyd etmək üçün nəzərdə tutulan tədbirlərdə iştirak etmək üçün gəlib:

“Bölgədə Rusiya sülhməramlı qüvvələrinin birinci ildönümü münasibətilə bayram şənlikləri keçirmək istəyirlər, həm də bu bayram şənliklərində 200-ə qədər Rusiya sülhməramlılarına müxtəlif orden və medalların verilməsi mərasimi olacaq ki, o da Muradova tapşırılıb. Bu tədbirlər Xankəndidə olacaq.

Ermənilərin son günlər ard-arda törətdiyi təxribatlara gəldikdə isə, bununla bağlı artıq Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan Xarici İşlər Nazirliyinə bəyanatını çatdırıbdır. Bəyənatda bildirilir ki, Azərbaycan Prezidentinin, onunla birlikdə Azərbaycanın siyasi və hərbi rəhbərliyinin bir hissəsinin Şuşada olmasına baxmayaraq, 23-25 yaşlı üç nəfər erməni Şuşaya gedən yolun üstündə guya, su kəmərini bərpa etmək adıyla orada olublar. Belə olanda da Azərbaycan Ordusu hər hansı bir şübhəli gördüyü halda həmin nöqtələrə atəş aça bilər. Atəş nəticəsində 1 nəfər ölüb 2 nəfər də yaralanıb. Sonra ermənilər Kəlbəcərin Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə, yol çəkən mühəndis texnikalarına atıcı silahlardan atəşə tutublar. Orada işləyən inşaat işçilərini qorxutmaq üçün başlarının üstündən yaylım atəşi açıblar. Bir sözlə, ermənilər dinc dayanmır. Bu başıpozuq hərbçiləri yalnız öldürməklə tərbiyələndirmək olar. Düşünürəm ki, onlar Paşinyana zidd olan Qarabağ klanının nümayəndələridir. Onlar bilirlər ki, sülh danışıqları prosesi gedir, üzümüzə gələn həftə çox böyük ehtimalla Moskvada Azərbaycan Rusiya Ermənistan siyasi rəhbərliklərinin görüşü keçiriləcək. Orada mühüm qərarlar alına bilər, ona görə də onu pozmaq istəyirlər”.