Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Xocalı soyqırımı ilə əlaqədar paylaşım edib.
İnterpress.az xəbər verir ki, parlament spikeri tviterdə yazıb:
“26 fevral 1992-ci ildə baş verən və “Tarixin qara ləkəsi” olaraq anılan Xocalı qətliamında həyatını itirən qardaş-bacılarımızı hörmət və ehtiramla yad edirəm. 613 nəfəri unutmadıq, unutdurmayacağıq! “Əlbət, bir gün Azərbaycan bayrağını Qarabağa asacağıq” demişdik. Həmd olsun ki, asdıq”.