Müxalifət yenə parlamentin iclasına qatılmadıbackend

Müxalifət yenə parlamentin iclasına qatılmadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan müxalifəti parlamenti boykot etməkdə davam edir. 

İnterpress.az erməni KİV-inə istinadən xəbər verir ki, müxalif “İşıqlı Ermənistan” və “Çiçəklənən Ermənistan” partiyaları artıq ikinci gündür ki, parlamentin iclaslarına qatılmaqdan imtina edirlər.

Erməni mediası yazır ki, parlamentin bu gün keçirilən iclasında yalnız hakim “Mənim Addımım” fraksiyasının deputatları iştirak edib.

Ermənistan müxalifəti hesab edir ki, parlamentdə yalnız Baş nazir Nikol Paşinyanın istefa məsələsi müzakirə oluna bilər.

Dünən keçirilən iclasda müxalifət Paşinyanın istefası xaricində hər hansı məsələnin müzakirəsində iştirak etməyəcəklərini bildiriblər.

Nikol Paşinyan isə istefa vermək niyyətində görünmür. Parlamentin ona etimadsızlıq göstərməsi isə mümkün deyil.

Əvvəla, ona görə ki, parlamentdə hakim “Mənim Addımım” fraksiyası çoxluq təşkil edir.

İkincisi,  Ermənistan konstitusiyası hərbi rejimdə Baş nazirə etimadsızlıq göstərilməsini qadağan edir.

İnterpress.az