“Müxalifətə inansaq, Ermənistanın heç bir dövlət sərhədi yoxdur” – Simonyanbackend

“Müxalifətə inansaq, Ermənistanın heç bir dövlət sərhədi yoxdur” – Simonyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əgər müxalifətə inansaq, deməli Ermənistanın dövlət sərhədi yoxdur”.

İnterpress.az xəbər verirki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan mayın 21-də keçirilən iclasda deyib. O, “Ermənistan” müxalifət blokunun parlament fraksiyasının katibi Artsvik Minasyanın tənqidinə cavab verib.

“Əgər müxalifətə inanırsınızsa, deməli Ermənistanın dövlət sərhədi yoxdur”, – Simonyan bildirib.

Onun sözlərinə görə, Ermənistan öz müstəqilliyini konkret sərhədlər çərçivəsində əldə edib.

“İndi siz bəyan edirsiniz ki, Ermənistan Respublikasının heç bir sərhədi yoxdur. Özü də parlamentin tribunasından.

İndi düşmənimiz gəlib ofisinizin yaxınlığında postlar qurub sözünüzü xatırlatsa, onda nə edəcəksiniz? Sözlərinizə diqqət edin. Ermənistan Respublikasının qanuni əsası olan aydın və çox konkret sərhədi var”, – Simonyan qeyd edib.

Xuraman Etibarlı

İnterpress.az