Muzeydə QALMAQAL – Ziyarətçi 17 min manat CƏRİMƏLƏNDİbackend

Muzeydə QALMAQAL – Ziyarətçi 17 min manat CƏRİMƏLƏNDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sankt-Peterburq sakini səhv yerdə oturduğu üçün 1 milyon rubla yaxın cərimələnib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Ermitaj muzeyindəki tarixi taxtı zədələyən ziyarətçiyə qarşı sərt cəza tətbiq edilib.

Məlumata əsasən, muzey ziyarətçisi Ermitajda sərgilənən Malta ordeninin magistrinin taxtında oturduğu və onu korladığı üçün 800 min rubl (17 min 300 man) məbləğində cərimə olunub.

Qeyd olunur ki, məsuliyyətsiz ziyarətçi nə xəbərdarlıq lövhələrinə, nə də muzey əməkdaşlarının etirazlarına məhəl qoyub. O, sadəcə tarixi taxta əyləşib və ayaqlarını da qarşıdakı skamyaya qoyub.

Nəticədə eksponata ciddi ziyan dəyib: oturacaq deformasiyaya uğrayıb, məxmər üzlük cırılıb və ayaqaltı skamya zədələnib.

Xuraman Etibarlı

İnterpress.az