Myanma hərbi rəhbərliyi amnistiya çərçivəsində 3000-dən çox məhbusu azad edəcəkbackend

Myanma hərbi rəhbərliyi amnistiya çərçivəsində 3000-dən çox məhbusu azad edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Myanmadakı hərbi administrasiya ənənəvi Yeni il bayramı ilə əlaqədar verilən amnistiya çərçivəsində 3000-dən çox məhbusun azad ediləcəyini açıqlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

MRTV televiziyası hərbi rejimin rəhbər orqanı olan Myanma Dövlət İnzibati Şurasının (SAC) ənənəvi Yeni il bayramı ilə əlaqədar 98-i xarici olmaqla 3113 məhbusu əfv etdiyini və bu şəxslərin azadlığa buraxılacağını açıqlayıb.

Yanqon şəhərindəki İnsein həbsxanasının rəsmisi bildirib ki, ölkənin ən böyük həbsxanasından azad olunacaq şəxslərin sayı və adları hələlik məlum deyil.

Keçmiş Siyasi Məhbuslar Assosiasiyasının üzvü Tun Kyi bildirib ki, onlar bu cür təcrübələri “siyasi xal qazanmağa çalışmaq”, beynəlxalq təzyiqləri azaltmaq və ordunun legitimliyini nümayiş etdirmək kimi qiymətləndirirlər.