Naməlum şəxs Vyazmada hərbi-vətənpərvərlik muzeyini yandırıb.
İnterpress.az xəbər verir ki, Naməlum Əsgər Muzeyini yandırmağa cəhd martın 13-nə keçən gecə baş verib.
Maska taxmış naməlum şəxs Komsomolskaya küçəsində yerləşən binanın yaxınlığındakı hasarın üstündən keçərək muzeyin pəncərəsini sındıraraq içərisinə yanar maye olan butulka atıb, bundan sonra yenidən hasarın üstündən keçərək cinayət yerindən qaçıb.
Yanğın çox yayılmadan söndürülüb, yalnız pəncərə, pəncərəaltı və radiator zədələnib. Onlar yanğın törədəni axtarırlar.
Xuraman Etibarlı
İnterpress.az