ABŞ Aeronavtika və Kosmos Agentliyinin (NASA) bu gün “naməlum uçan obyektlər” (UFO) ilə bağlı hesabatını paylaşacağı gözlənilir.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
NASA-nın 2022-ci ildə təyin etdiyi müstəqil UFO tədqiqat qrupunun tapıntılarını müzakirə etmək üçün NASA-nın qərargahında mətbuat konfransı keçirilməsi planlaşdırılır.
Məsələ uzun müddət idi ki, ictimaiyyətin diqqətini cəlb edirdi.
ABŞ-da “UFO” əvəzinə “naməlum anormal fenomen” (UAP) termini istifadə olunmağa başlayıb.
Jurnalist və ufoloq Jamia Maussanın Meksika Konqresində keçirilən iclasda yadplanetlilərə aid olduğunu iddia etdiyi fosilləri nümayiş etdirməsi dünya gündəminə düşüb.
Maussan yadplanetlilərə aid olduğunu iddia etdiyi iki fosili Perunun Cusco şəhərində bir şüşə tabutda sərgiləyib.