NATO-dan üçüncü bazabackend

NATO-dan üçüncü baza

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO modernləşmə başa çatdıqdan sonra Latviyadakı Lielvarde hərbi aerodromunu tam istifadəyə verib.

 

bu barədə alyansın hava komandanlığı məlumat yayıb. Qeyd edək ki, Riqanın cənub-şərqində yerləşən Lielvarde aviabazası hələ 1970-ci ildə Sovet ordusu tərəfindən yaradılıb. Aviabaza Baltikyanı ölkələrdə ən böyüyü olub.

 

“Lielvarde aerodromu günün istənilən vaxtında və istənilən hava şəraitində müttəfiq ölkələrin təyyarələrini qəbul edə bilir”, – NATO-nun məlumatında deyilir.

 

Baltikyanı bölgədə patrul xidmətində olan NATO döyüşçüləri hava limanından alternativ eniş yeri kimi istifadə edə biləcəklər.

 

Aviabazada qırıcılardan başqa, hərbi-nəqliyyat təyyarələri və uzaq mənzilli pilotsuz uçuş aparatları da yerləşəcək.