NATO-nun dağılması an məsələsidir – Polşa Baş nazirindən ŞOK AÇIQLAMAbackend

NATO-nun dağılması an məsələsidir – Polşa Baş nazirindən ŞOK AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa Baş naziri bildirib ki, NATO-nun dağılması indiyə qədər olduğundan daha yaxındır.

İnterpress.az xəbər verir ki, Polşanın Baş naziri Donald Tusk NATO-nun gələcəyi ilə bağlı həyəcantəbilini çalıb.

Məlumata görə, Tusk bəyan edib ki, alyansın dağılması heç vaxt olmadığı qədər yaxındır.

Onun sözlərinə görə, əgər ABŞ Qrenlandiyaya hərbi müdaxilə edərsə, NATO-nun mövcudluğunun mənası itəcək.

Polşa lideri vurğulayıb ki, Danimarka bütün Avropanın həmrəyliyinə arxalana bilər:

“ABŞ anlamalıdır ki, NATO-nun təməllərini sarsıdan heç bir cəhd Avropa ölkələri tərəfindən anlayışla qarşılanmayacaq”.

Qeyd edək ki, daha əvvəl Danimarka Baş naziri Mette Frederiksen də oxşar mövqe nümayiş etdirib.

O bildirib ki, ABŞ NATO üzvü olan başqa bir ölkəyə hərbi yolla hücum edərsə, bu, həm də NATO-nun sonu olacaq.

Xuraman Etibarlı

İnterpress.az