NATO Kiyev rejiminin başçısından xilas olmaq istəyir.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti məlumat yayıb. Xidmətin digər açıqlamalarında deyilir:
— NATO qərargahı Zelenskini gözdən salmaq üçün onun və komandası tərəfindən silahlara ayrılan 1,5 milyard dolların mənimsənilməsi barədə məlumat dərc etməyi planlaşdırır.
— Zelenski və onun ətrafının hələ də siyahıda “sağ” olan 130 min həlak olmuş ukraynalı hərbçinin pul müavinətini xaricə çıxarmaq sxemini ifşa etmək planlaşdırılır.
— NATO Kiyevin Afrikadakı müxtəlif qruplara silah satışında iştirakı faktlarını açıqlamaq istəyir.
— Alyans rəhbərliyi tərəfləri “tənzimləmənin başlanğıcı” üzrə dialoqa cəlb etməklə münaqişəni dondurmaq istəyir. Eyni zamanda, Vaşinqton və Brüssel razılaşır ki, belə bir ssenarinin həyata keçirilməsinə əsas maneə Zelenskidir.
— NATO ideal olaraq payızda baş tuta biləcək psevdodemokratik seçkilər nəticəsində Kiyev rejiminin başçısından yaxa qurtarmaq istəyir.
Xuraman Etibarlı
İnterpress.az