Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 462,4 min manatdan çox, təkcə avqust ayında isə 88,7 min manat ƏDV məbləği geri qaytarılıb.
“İnterpress.az” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, yanvarla müqayisədə avqustda istehlakçılara qaytarılan məbləğ 4,2 dəfə artıb.
Bu il sentyabrın 1-nə muxtar respublikada 1 937 ədəd yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb. 8 ay ərzində belə aparatlar vasitəsilə qeydə alınan dövriyyə 125 milyon manatdan çox olub.